12 mart 2025 at 14:24
Jurnalist kodu: 5564
Xəbər kodu: 85776579
T T
0 Persons

Bölgə ölkələri öz təhlükəsizliyini təmin etməyə qadirdir

12 mart 2025 at 14:24
Xəbər kodu: 85776579
Bölgə ölkələri öz təhlükəsizliyini təmin etməyə qadirdir

Tehran - İRNA - İran İslam Respublikası Ordu Dəniz Qüvvələrinin komandanı düşmənlərin bölgəyə münasibətini dəyişməli olduğunu bəyan edərək, region ölkələrinin öz təhlükəsizliyini təmin etməyə qadir olduğunu vurğulayıb.

Admiral Şəhram İrani Əl-Cəzirə telekanalına müsahibəsində əlavə edib ki, dəniz manevrlərinin məqsədi regionda təhlükəsizlik və sabitliyə nail olmaqdır.

Admiral deyib: “Bölgədəki istənilən qeyri-sabitlik və təhlükə qlobal iqtisadiyyata təsir edir. Əlimiz region ölkələrinə uzanır və təcrübəmizi onlara ötürməyə hazırıq.”

“Region artıq əvvəlki kimi deyil və onun ölkələri öz təhlükəsizliyini təmin etməyə qadirdir. Düşmənlər regiona münasibətini dəyişməli və onun xalqlarına hörmət etməlidir” - deyə, İrani qeyd edib.

İran İslam Respublikası Ordu Dəniz Qüvvələrinin komandanı bildirib: “Düşmənə mesajımız budur ki, biz təcrid olunmayacağıq və təcridi qəbul etməyəcəyik. Bizim davranışımız, xüsusən də regionda mövcud vəziyyətdə beynəlxalq hüquq normalarına uyğundur.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .