"The Financial Times" qəzetinin yazdığına görə, çərşənbə günü (19 mart) İstanbul bələdiyyə sədri və Rəcəb Tayyib Ərdoğanın siyasi müxaliflərinin lideri Əkrəm İmamoğlunun həbsindən sonra bank lirəni dəstəkləmək üçün 11,5 milyard dollar xərcləyib.
Bu müdaxilə Türkiyə Mərkəzi Bankının əvvəlki hərəkətlərindən təxminən dörd dəfə böyük idi və bu, lirənin ABŞ dolları qarşısında 11% ucuzlaşaraq ən aşağı səviyyəyə çatmasından sonra baş verib. Çünki Ərdoğanın İmamoğluna qarşı addımı kapitalın Türkiyə bazarlarından çıxmasına səbəb oldu.
Türkiyəli bankirlərdən biri bildirib ki, çərşənbə günü rəsmilər "bazar üzərində nəzarəti itirdi" və bu, investorların inamını “sarsıtdı”.
Sizin rəyiniz