İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani çərşənbə axşamı Təhlükəsizlik Şurasının Suriya məsələsi üzrə Yaxın Şərqdəki vəziyyətə dair iclasında əlavə edib: “İran İslam Respublikası martın 6-dan bəri Laziqiyyə və Tərtusda dinc əhalinin kütləvi şəkildə qətlə yetirilməsi ilə nəticələnən xalqa qarşı genişmiqyaslı zorakılığı kəskin şəkildə pisləyir. Müvəqqəti hakimiyyət orqanları zorakılığın bütün formalarına son qoymaq, mülki insanları qorumaq və humanitar yardıma maneəsiz çıxışı təmin etmək üçün qəti addımlar atmalıdır.”
İran İslam Respublikasının yüksək vəzifəli diplomatı deyib: “Bütün icmaların hüquqlarına hörmət edilməli və təmin edilməlidir, azlıqların, xüsusən də ələvi və şiələrin zorla köçürülməsi cəhdi dərhal dayandırılmalıdır. Biz Təhlükəsizlik Şurası rəhbərliyinin qətliamı qəti şəkildə pisləyən, dərhal, etibarlı, şəffaf, müstəqil və hərtərəfli araşdırmaya çağıran 14 mart tarixli bəyanatını alqışlayırıq. Müvəqqəti hökumət tam məsuliyyəti təmin etməli və bu cinayətləri törədənləri dərhal məsuliyyətə cəlb etməlidirlər.”
Sizin rəyiniz