Prezident Pezeşkiyan bu gün günortadan sonra Qətər Əmiri ilə telefon danışığında Qətər hökumətini və xalqını Fitr bayramı münasibətlə təbrik edib, bu möhtəşəm bayramı İslam ölkələri arasında birlik və qardaşlığın gücləndirilməsi üçün bir fürsət kimi qiymətləndirib.
Prezident Oman Sultanı ilə telefon danışığında da Fitr bayramının bərəkəti sayəsində İslam ölkələri arasında əlaqələrin daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Cənab Pezeşkiyan həmçinin Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Misir Prezidentinin məzlum Fələstin xalqı və Qəzzə əhalisi, eləcə də regional məsələlərlə bağlı humanitar və xeyirxah mövqeyini yüksək qiymətləndirərək deyib: “Ümidvaram ki, biz İslam ölkələri arasında qardaşlıq və dostluq hisslərini daha da gücləndirə, daha böyük birlik və həmrəyliklə zülm və ədalətsizliyə qarşı daha təsirli mövqe tuta biləcəyik.”
Prezident Pakistanın Baş naziri ilə telefon danışığında da deyib: “Ümidvaram ki, mübarək Ramazan ayının və böyük Fitr bayramının bərəkəti ilə müsəlman xalqlar arasında birlik və vəhdəti gücləndirərək sionist rejimin Fələstin və Qəzzənin məzlum xalqına qarşı cinayətləri qarşısında güclü və təsirli mövqelər tuta biləcəyik.”
Sizin rəyiniz