9 aprel 2025 at 19:27
Jurnalist kodu: 5561
Xəbər kodu: 85798942
T T
0 Persons

Norduz sərhəd bölgəsində “Sülh Təlimi” keçiriləcək

9 aprel 2025 at 19:27
Xəbər kodu: 85798942
Norduz sərhəd bölgəsində “Sülh Təlimi” keçiriləcək

Tehran - İRNA - İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları Əməliyyatları komandanının müavini İran İslam Respublikası və Ermənistan arasında Norduz sərhəd bölgəsində “Sülh Təlimi”nin həyata keçiriləcəyini açıqlayıb.

İRNA-nın SEPAH-ın Quru Qoşunlarının ictimai əlaqələr bölməsinə istinadən verdiyi məlumata görə, general-mayor Vəliyullah Mədəni bu təlimin keçirilməsi ilə bağlı bildirib: “İran və Ermənistan arasında “Sülh Təlimi” iki gün ərzində Norduz sərhəd bölgəsində keçiriləcək.”

“Sülh Təliminin həyata keçirilməsində İran İslam Respublikası və Ermənistan öz əməliyyat bölmələri ilə birlikdə Norduz sərhəd bölgəsində yerləşəcəklər” - deyə, o, əlavə edib.

SEPAH-ın Quru Qoşunları komandanının müavini deyib: “ İran İslam Respublikası və Ermənistan arasında sərhəd bölgələri üçün heç bir təhlükə yoxdur və müvafiq olaraq bu təlimin adı “Sülh”dür.”

General-mayor “Sülh Təlimi”nin həyata keçirilməsi üçün lazımi tədbirlərin əvvəlcədən planlaşdırıldığını vurğulayaraq deyib: “Bu təlim bölgədə davamlı sülhün bərqərar olması istiqamətində həyata keçirilir; bu bölgə, sülhün hökm sürdüyü bölgədir.”

“Sülh Təlimi”nin keçirilməsinin məqsədləri barədə söz açan general-mayor Mədəni bildirib ki, “Sülh Təlimi”nin həyata keçirilməsində əsas məqsəd sərhəd təhlükəsizliyini gücləndirməkdir.

SEPAH-ın Quru Qoşunları komandanının müavini deyib: “İran İslam Respublikası və Ermənistan arasındakı sərhəd bölgələri bölgənin yerləşdiyi həssas mövqeyə görə strateji əhəmiyyətə malikdir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .