10 aprel 2025 at 16:32
Jurnalist kodu: 5564
Xəbər kodu: 85799592
T T
0 Persons
General-mayor Musəvi: Hərbi texnikamız ehtiyaclara uyğun istehsal və istifadə olunur

Tehran - İRNA - Ordunun baş komandanı ölkənin hərbi imkanlarının özəlliklərini açıqlayaraq deyib: “Bizim hərbi texnikamız öz ehtiyaclarımıza uyğun olaraq müəyyən edilir, istehsal olunur və istifadə olunur.”

General-mayor Seyid Əbdülrəhim Musəvi cümə axşamı, 10 apreldə Baş Qərargahın İmam Xomeyni məscidində keçirilən general-leytenant Səyyad Şirazinin şəhadətinin 26-cı ildönümündə İran İslam Respublikasının hərbi imkanları və bacarıqlarından danışaraq deyib: “İnqilabın qələbəsinə qədər bizim müəyyən imkanlarımız var idi, lakin ən böyük irad xarici ölkələrdən asılılığımız idi. O vaxt kənardan dəstək olsa da, real meydanda nə edə biləcəyimiz bəlli deyildi.”

“İslam quruluşunun nemətləri və İmamın (r) və Ali Məqamlı Rəhbərin rəhbərliyi sayəsində bu gün müdafiə üçün lazım olan hər şey öz gənclərimiz tərəfindən hazırlanır” - deyə, o, əlavə edib.

General Musəvi qeyd edib ki, bunun ən böyük üstünlüyü ondan ibarətdir ki, birincisi, biz İran hüdudlarından kənarda heç bir ölkədən asılı deyilik; ikincisi, bu avadanlıq öz ehtiyaclarımıza uyğun olaraq müəyyən edilir, istehsal və istifadə olunur. Bu hərəkətlər bizim yerli taktika və doktrinamıza uyğundur. Uca Allaha iman əsasında xalqa arxalanan güc yenilməzdir və müxtəlif sahələrdə əhəmiyyətli uğurlar əldə edə bilər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .