18 aprel 2025 at 11:39
Jurnalist kodu: 5564
Xəbər kodu: 85806827
T T
0 Persons

Pezeşkiyan: Ordu İran hökumətinin və millətinin qalasıdır

18 aprel 2025 at 11:39
Xəbər kodu: 85806827
Pezeşkiyan: Ordu İran hökumətinin və millətinin qalasıdır

Tehran - İRNA - Prezident dedi: Ordu hökumət və millətin möhkəm qalası, cəmiyyətin şərəf mənbəyi, vilayətin zinəti, millət və dövlətin dostu və köməkçisidir.

Bu gün, cümə günü, 2025-ci il aprelin 18-i, İran İslam Respublikasının Ordu Günü münasibətilə keçirilən mərasimdə Məsud Pezeşkiyan bəyan etdi: “Cəmiyyətdə təhlükəsizlik və əmin-amanlıq güclü və hazırlıqlı ordunun mövcudluğu ilə mümkündür və bu mübarək güc cəmiyyətdə olmasaydı, asayiş cəmiyyətimizdən yox olardı”.

Prezident vurğuladı: Güclü və hazırlıqlı ordunun mövcudluğu İrana imkan verib ki, regionda əlaqə, sülh və əmin-amanlıq yaratmaqda öz diskursunu qüdrətlə həyata keçirsin.

O əlavə edib: Əziz qardaşlarımız, ordu və hərbçilər, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin köməyi ilə İran özünü regionda mübahisəsiz güc kimi təqdim etdi.

Prezident vurğulayıb: "Əgər İran İslam Respublikası ordusu olmasaydı, düşmən ölkəni işğal etməyə və İslam İnqilabını məhv etməyə cəhd edə bilərdi və cəhd də edərdi. Ordunun mövcudluğu düşmənlərin xəyalını pozdu və onlar başa düşdülər ki, İran İslam Respublikasının silahlı qüvvələri fədakar və cəsurdur və onlara asanlıqla nüfuz etmək mümkün deyil".

O, İslam inqilabın əvvəlində bütün hərbi texnikamızın əcnəbilərdən asılı olduğunu vurğulayaraq, qeyd etdi: “Ən sadə müdafiə vasitələrini təmin etmək və almaq üçün düşmənlərimizdən asılı idik, lakin bu gün fəxr edirik ki, qüdrətli ordumuz ölkəyə lazım olan bütün hərbi və müdafiə vasitələrinin havada, quruda, dənizdə, eləcə də istehsalatda böyük nailiyyətlər əldə edib”. 

0 Persons

Sizin rəyiniz

You are replying to: .