Honq-Konqda keçirilən Asiya Mədəni Əməkdaşlıq Forumunda (ACCF2025) iştirak etmək üçün iki günlük səfərdə olan Seyid Abbas Salehi müxtəlif Asiya ölkələrindən nazirlərin və yüksək səviyyəli mədəniyyət rəsmilərinin iştirakı ilə keçirilən toplantıdakı çıxışında deyib: “Qədim sivilizasiyaları, geniş mədəni müxtəlifliyi və nəhəng insan kapitalı ilə qədim Asiya qitəsi mədəniyyət və incəsənət sahələrində dialoq, sinergiya və əməkdaşlıq üçün müstəsna imkanlara malikdir. İran öz sivilizasiya statusuna və strateji coğrafi mövqeyinə arxalanaraq Asiya ölkələri ilə konstruktiv mədəni qarşılıqlı əlaqələri həmişə alqışlayıb".
O, əlavə etdi: "Qlobal nizam birqütblü quruluşdan Asiya mərkəzli çoxqütblü nizama keçərkən, Asiya xalqları arasında mədəni əməkdaşlıq hər zamankindən daha vacib olub və qarşılıqlı anlaşma, empatiya və regional sabitliyə yol aça bilər."
Mədəniyyət və İslami İrşad Naziri habelə çıxışının başqa bir hissəsində Qəzzada baş verən humanitar böhrana işarə edərək deyib: Bu gözəl kainatın bir hissəsində ən çirkin insan hadisələrindən birinə şahidlik edirik. Bir ildən artıqdır ki, Qəzzada aramsız bombardmanlar nəticəsində hər gün günahsız uşaqlar ölür. Qəzza müasir insan ağrılarının görüntüsüdür. Ona qarşı insanlıq borcumuzu ikiqat artıran açıq bir yaradır.
Sizin rəyiniz