27 may 2025-ci il çərşənbə axşamı günortadan sonra Məsud Pezeşkiyan Omana rəsmi səfəri çərçivəsində Oman Sultanı Heysəm bin Tariq ilə görüşdü və danışıqlar apardı.
Bu görüşdə prezident İranın Omanla bütün sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu vurğulayıb və bəyan edib: “Biz müsəlmanların şərəf və əzəməti üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. Bizim hər birimizin bir-birimizin və regiondakı digər xalqların rifahı və tərəqqisi üçün istifadə edə biləcəyimiz imkanlar var. Belə bir şəraitdə heç bir xarici qüvvə müsəlman xalqlarını özünə tabe edə bilməz".
Oman Sultanlığının Fələstin xalqına dəstək verdiyi aydın mövqeləri yüksək qiymətləndirən Pezeşkiyan deyib: Qəzza məsələsində yaxşı mövqeləriniz və məzlumlara verdiyiniz dəstəyə görə sizə səmimi təşəkkürümüzü bildiririk.
O, davamında İranın Omanla maliyyə, elm, təhsil, texnologiya və xüsusilə tibb sahələrində əməkdaşlığı inkişaf etdirməyə hazır olduğuna işarə edərək, vurğulayıb: Tibb sahəsində biz Omanla konstruktiv əlaqələr qura bilərik. Neft və qaz Allahın bəxş etdiyi nemətlər olsa da, sərhədsiz deyil. İki ölkənin iş adamları və sənayeçiləri gələcəyə baxmalı, gələcək nəsillər üçün planlar qurmalı, uzunmüddətli iqtisadi əsasları möhkəmləndirməlidirlər.
Pezeşkiyan çıxışının digər hissəsində iqtisadi mübadilələrin və ticarətin asanlaşdırılması, iki ölkə arasında müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
O, ölkəmizin xarici siyasətində Omanın strateji mövqeyini vurğulayaraq deyib: İran Omana tam etibar edir. Bu etimad hər iki tərəfin münasibətləri gücləndirmək və anlaşmaya nail olmaq üçün məsuliyyətini artırır.
Biz İran İslam Respublikasının uğurunu region üçün uğur hesab edirik.
Bu görüşdə Sultan Heysəm bin Tariq də İran İslam Respublikasının yüksək səviyyəli nümayəndə heyətinin ölkəsinə səfərini alqışlayıb və deyib: Xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Allahın lütfü ilə Oman bu gün neft və qazdan asılı olmayaraq yaxşı vəziyyətdədir və ticarət mübadiləsinin gücləndirilməsinə diqqət yetirir.
Oman Sultanı əlavə edib: Sizinlə razıyam ki, biznes fəaliyyəti üçün yol açılarsa, iki ölkə arasında münasibətlərdə mənalı sıçrayışın şahidi olacağıq. İran və Oman limanları arasında əlaqələr inkişaf etdirilməlidir və İranın şimalından cənubuna dəmir yolu potensialı da kommersiya baxımından bizim üçün çox vacibdir.
O, iki ölkə arasında mövcud təhlükəsizlik və hərbi əlaqələrə toxunaraq deyib: "Danışıqlar sahəsində Maskat da bu yolu ciddi şəkildə davam etdirir və İran İslam Respublikasının uğurunu region üçün uğur hesab edir. İki ölkə arasında enerji sektorunda əməkdaşlığa daha çox dəstək verilməlidir və biz İranla, xüsusən də hərbi və ümumi maraqlar sahələrində istənilən əməkdaşlığı alqışlayırıq.
Oman Sultanı İslam İnqilabının Ali Məqamlı Rəhbərinin Omanın vasitəçilik roluna olan etimadını yüksək qiymətləndirərək vurğulayıb: Biz bu prosesdə heç bir şəxsi mənafe və ya maraq güdmürük və yalnız xeyirxah niyyətlə daxil olmuşuq. Əmin olun ki, onun bizə çatdırdığınız mövqeləri diqqətlə və hörmətlə nəzərə alınacaq və tərəfimizdən izləniləcək.
O, sonda İran İslam Respublikasının Fələstin xalqının müdafiəsi istiqamətindəki prinsipial mövqelərini yüksək qiymətləndirməklə yanaşı, bəyan edib: Fələstin xalqının hüquqlarını müdafiə etmək və məzlum vətəndaşları müdafiə etmək bizim üçün dəyərli və təqdirəlayiqdir.
Sizin rəyiniz