Çərşənbə günü Rafael Qrossi Vyanada agentlik seminarında iştirak edən jurnalistlərə Oman danışıqları ilə bağlı deyib: "Hazırda mühakimə yürütmək tezdir. Lakin görüşlərin davam etdirilməsi tərəflərin razılığa gəlmək istəyinin əlamətidir."
BAEA-nın baş direktoru habelə müavinlərindən birinin Tehrana getdiyini təsdiqləyib. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi demişdi ki, Qrossinin müavini İran və BAEA arasında ənənəvi əməkdaşlıq üzrə müzakirələri davam etdirmək üçün Tehrana səfər edəcək.
Sizin rəyiniz