Xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün - çərşənbə axşamı, iyunun 3-də Beyrutda Livanın baş naziri Nəvaf Səlam ilə görüşüb və müzakirə aparıb. Bu görüşdə hər iki tərəf ən mühüm ikitərəfli və regional məsələlər, eləcə də beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Seyid Abbas Əraqçi mətbuat konfransında həmçinin Livanın yeni prezidenti və digər rəsmilərin İranla əlaqələrin genişləndirilməsi iradəsinə işarə edərək dedi: İnşallah iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolumuza davam edəcəyik.
Xarici işlər naziri İran İslam Respublikasının Livanda dialoq, birlik və milli konsensusa dəstək verdiyini vurğulayaraq deyib: Livanın bütün qrupları, qəbilələri və tayfalarının birlikdə qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcəyik.
Sizin rəyiniz