İran İslam Respublikası ilə ABŞ arasında Oman Sultanlığının vasitəçiliyi ilə dolayısı danışıqların başlanmasından üç aydan da az vaxt keçib. İndiyədək bu danışıqların beş raundu Omanın paytaxtı Maskatda və İtaliyanın paytaxtı Romada keçirilib və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayinin sözlərinə görə, bu məsləhətləşmələrin altıncı raundu bazar günü, iyunun 15-də Maskatda keçiriləcək. Bu danışıqların altıncı raundunu ən çətin və həssas edən Amerika nümayəndə heyətinin İranda uranın sıfır zənginləşdirilməsinin zəruriliyində israr etməsi və Tehranın bu qırmızı xəttin sabit və dəyişilməz olduğunu vurğulamasıdır.
Aşağıda İRNA-nın İranın ABŞ-la danışıqlar qrupunun üzvü Məcid Təxt Rəvançi ilə söhbətinin bir hissəsi oxucuların diqqətinə çatdırılır:
- İran-ABŞ danışıqları dalana dirənibmi?
- Xeyr, məncə, dalana dirənmək termini heç də uyğun deyil. Beynəlxalq danışıqlarda həmişə çoxlu eniş-yoxuşlar olur. Yəni istər beynəlxalq sülh və təhlükəsizliklə bağlı müzakirələrdə, istərsə də beynəlxalq ticarət kimi sahələrdə beynəlxalq aspekti olan hər hansı danışıqların öz həssaslıqları var və bu danışıqların nəticəyə gəlməsi üçün çoxlu hövsələ və səbir tələb olunur. Ona görə də bir neçə ay əvvəl başlayan danışıqlardan tez nəticə çıxarmağı düzgün hesab etmirəm.
- Omanın xarici işlər naziri tərəfindən iranlı həmkarına çatdırılan ABŞ-ın yazılı planına İranın cavabı hazırlanıbmı və biz bu cavabı Oman tərəfinə nə vaxt təqdim edəcəyik?
- Hələ yekunlaşmamış cavab hazırlayırıq. Ümid edirik ki, bu yaxın bir neçə gün ərzində yekunlaşacaq.
- Amerika nümayəndə heyəti və Stiv Vitkoffun özü üçüncü raunddan sonra İran daxilində uranın zənginləşdirilməsi ilə bağlı ilkin fikirlərini dəyişdilərmi?
- Cənab Vitkoffa gəlincə, onun özünün iki vəzifəsi var idi. Əvvəlcə o, uranın 67,3% zənginləşdirilməsindən danışdı; bir neçə həftə sonra verdiyi müsahibəsi, onun əvvəlki bəyanatı ilə ziddiyyət təşkil etdi və İranın uranı zənginləşdirməsinə ehtiyac olmadığını söylədi. Beləliklə, danışıqlarda nə deyilməsindən asılı olmayaraq, ən azı cənab Vitkoffun ictimai mövqeyi onun əvvəl söylədiklərindən fərqlidir. Bu ziddiyyətlər danışıqların ab-havasını ört-basdır edir və qaraldır; məsuliyyətli rəsmi ilə danışıq aparanda və o, ziddiyyətli sözlər danışanda təbii ki, mənfi təsir göstərir.
Altıncı tur Amerika tərəfinin yazılı materialları ilə bağlı fikirlərimizi bildirəcəyimiz ilk turdur. Əgər danışıqlarda açıq mövqelərdə qaldırılan uranın sıfır zənginləşdirilməsi məsələsi də gündəmə gətirilərsə, bizim mövqelərimiz aydındır, cavabımız da bəllidi

Tehran - İRNA - Xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi Qubernatorlar Şurasının hazırkı iclasında Avropa üçlüyünün İran əleyhinə qətnamə qəbul etmək səylərinə toxunaraq deyib: Qubernatorlar Şurasında İran əleyhinə qətnamənin sponsorları diplomatiyaya dəstək iddia edə bilməzlər.
Sizin rəyiniz