Bu tarixi əməliyyat, rejimin yüksək məxfi, strateji və həssas sənədlərinə çıxış əldə etmək məqsədilə planlaşdırılıb. Əməliyyat rejimin ən ciddi təhlükəsizlik tədbirləri altında aparılıb və nəhayət çoxlu miqdarda sənəd ölkəyə gətirilərək uğurla başa çatıb. Əməliyyatda iştirak edən bütün qüvvələr hazırda sağlam şəkildə öz mövqelərindədirlər.
Əldə olunan sənədlər mövzu baxımından çox müxtəlif və dəyərli olub. Onlar həm strateji, həm elmi, həm də praktik baxımdan əhəmiyyət daşıyır. Sənədlər arasında Sionist rejimin gizli və qanunsuz nüvə proqramları ilə bağlı məlumatlar da var — o cümlədən nüvə obyektləri, elmi araşdırmalar və ABŞ və Avropa qurumları ilə əlaqələr.
Başqa sənədlərdə rejimin hərbi və raket proqramları, elmi-texniki layihələrdə çalışan mütəxəssislərin adları, şəkilləri və ünvanları yer alır.
Əhəmiyyətli faktlardan biri də budur ki, rejim yalnız öz vətəndaşlarından deyil, digər ölkələrin vətəndaşı olan tədqiqatçılardan da istifadə edir. Onların məlumatları da əldə olunub.
Bu sənədlərdən bir çoxu ölkəmizin müdafiə qüvvələri üçün birbaşa faydalıdır, bəziləri isə digər dost ölkələr və anti-sionist təşkilatlarla paylaşılacaq.
Əldə edilən sənədlər arasında ən diqqət çəkənlərdən biri də, Sionist rejimin beynəlxalq təşkilatlara İranın dinc nüvə proqramı əleyhinə göndərdiyi yalan hesabatlardır. Maraqlıdır ki, həmin yalanlar bəzi beynəlxalq təşkilatların rəsmi hesabatlarına da daxil edilib.
Sənədlərin əldə olunması və ölkədən çıxarılması üçün "İmam Zamanın (ə.f) naməlum əsgərləri" tərəfindən mürəkkəb üsullar işlənib. Bu metodlar rejimin çoxsaylı təhlükəsizlik sistemlərini tamamilə təsirsiz edib.
Bu əməliyyat o qədər peşəkar və kompleks olub ki, Sionist rejim hələ də onun tam miqyasını anlaya bilmir. Onlar yalnız bəzi şəxsləri həbs etməklə guya vəziyyəti nəzarət altına aldıqlarını göstərmək istəsələr də, bu cəhdlər uğursuz qalıb.
İran Təhlükəsizlik Nazirliyindən Sionist rejimə aid sənədlərlə bağlı açıqlama
10 iyun 2025 at 15:55
Xəbər kodu:
85857821

İran Təhlükəsizlik Nazirliyi bildirib ki, Sionist rejimdən əldə olunan çoxlu sayda sənəd ölkəmizin güclü silahlı qüvvələri tərəfindən istifadə olunur. Bəzi sənədlər dost ölkələrlə paylaşılacaq və anti-sionist təşkilatlara təqdim ediləcək.
Sizin rəyiniz