16 iyun 2025 at 14:47
Jurnalist kodu: 5564
Xəbər kodu: 85864576
T T
0 Persons
Qubernatorlar Şurasında 11 ölkə yekdilliklə İsrailin İrana təcavüzünü pisləyib

Qubernatorlar Şurasının 11 üzv ölkəsi birgə bəyanat yayaraq, İsrail rejiminin İranın dinc nüvə obyektlərinə hərbi hücumunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi pisləyib və bu təcavüzün təkrarlanmasının qarşısını almaq üçün Beynəlxalq Atom Enerjisi Agentliyini və Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb.

Qubernatorlar Şurasının fövqəladə iclasında oxunan bəyanatda deyilir: “Biz İsrail rejiminin İrana qarşı təcavüzünü, o cümlədən BAEA-nın təminatları çərçivəsində nüvə obyektlərinə hərbi hücumlarını pisləyirik ki, bu da beynəlxalq hüququn, BMT Nizamnaməsinin və BAEA Əsasnaməsinin kobud şəkildə pozulmasıdır”.

“Biz qəti şəkildə inanırıq ki, bu hərbi hücumlar beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməklə yanaşı, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) etimadı sarsıdır, BAEA-nın təminat sisteminə açıq-aşkar etinasızlıq təşkil edir və nüvə enerjisinin dinc məqsədlərlə gələcək inkişafını təhlükə altına qoyur”.

"Nüvə obyektlərinə dinc məqsədlər üçün hər hansı silahlı hücum və təhdid BMT Nizamnaməsinin, beynəlxalq hüququn və BAEA Əsasnaməsinin prinsiplərinin pozulmasıdır."

0 Persons

Sizin rəyiniz

You are replying to: .