Tehran - İRNA - Məhərrəm ayının başlanması ilə eyni vaxtda Təbrizin tarixi bazarının tacirləri və bazar adamları mağazaların divarlarına, timçələrə və dükanların qapılarına şəhidlər sərvəri İmam Hüseynin (ə) adı, şeir və mərsiyyələr yazılmış parçalar çəkərək Məhərrəm ayını qarşılayıblar.

Təbriz şəhərinin məhəllələrində ən mühüm matəm mərasimləri Məhərrəm ayının 8-dən 13-ə qədər keçirilir, təbrizlilərdən ibarət qruplar əzadarlıq mərasimlərini Sadiqiyyə bazarından başlayır, Köhnə bazardan keçərək Müzəfəriyyə timçəsində başa çatdırırlar. Bu mərasimlər Ərbəin əzadarlığı ilə bitir.

19 iyl 2023, 15:12

Tags

Sizin rəyiniz

You are replying to: .