İran milli futbol komandasının və Xatun Bəm klubunun futbolçusu mərhum Məlika Mühəmmədi ilə vida mərasimi bazar günü (31 dekabr) səhər saatlarında idmançılar, hökumət rəsmiləri və dostlarının iştirakı ilə Tehranın Azadi stadionunda keçirildi.

Məlika Mühəmmədi 23 yaşında Bəm şəhərinin girişində baş verən yol qəzası səbəbindən vəfat edib. Bu qəzada onun komanda yoldaşları Behnaz Tahirxani və Zəhra Xacəvi yaralanaraq xəstəxanaya aparılıb.

Vida mərasimindən sonra bu gənc futbolçunun cənazəsi ailəsinin istəyi ilə dəfn olunmaq üçün ABŞ-a aparılacaq.

Mərhum Məlika Mühəmmədi Amerikada yaşayırdı və futbol üzrə milli komandada iştirak etmək üçün İrana gəlmişdi.

31 dek 2023, 15:33

Sizin rəyiniz

You are replying to: .