Çay iranlılar arasında ən məşhur isti içkidir. Lahican bahar çayı ətirli və dadlı olması baxımından ən yaxşı İran çayı hesab olunur. Yaz fəslində özünəməxsus ətirli yaşıl yarpaqları ilə onun ətri bu şəhərin hər yerindən duyulur. Lahican İran çayının becərilməsi, istehsalı və emalının ən mühüm mərkəzi hesab olunur. Onun yamaclarında geniş çay bitkiləri plantasiyaları və çay fabrikləri var. Münbit torpağı və həddindən artıq rütubətli iqlimi ilə bu şəhərdə İran çayının ən ətirlisi olan bu bitkinin yetişdirilməsi üçün yaxşı şərait var. Yaşıl çay yarpaqları hər il yaz, yay və payızda yığılır. Statistikaya görə, Gilan və Mazandaran əyalətlərində hər il ümumilikdə 135 min ton çay yarpağı istehsal edən 55 mindən çox çay becərən var. Bu məhsuldan 30 min tona yaxın quru çay alınır.
Sizin rəyiniz