Cümə günü (28 iyun 2024-cü il, hicri şəmsi təqvimilə 8 tir 1403-cü il) səhər saat 8:00-da ölkə üzrə seçki məntəqələrində 14-cü prezidentlik müddəti üçün səsvermə prosesi başlayıb. Prezident Seçki Qanununun 36-cı maddəsinə əsasən, İran vətəndaşlığı olan və ən azı 18 yaşı tamam olan bütün şəxslər; yəni, 29 iyun 2006-cı il (hicri şəmsi təqvimilə 8 tir 1385-ci il) və ondan əvvəl anadan olanlar doğum haqqında şəhadətnamənin və ya milli şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə qeyd olunan seçkilərdə iştirak edə bilərlər.

28 iyn 2024, 12:41

Sizin rəyiniz

You are replying to: .