Bəndər Abbas - İRNA - Prezident Bəndər Abbasa gəldikdən sonra Şəhid Rəcai Limanı hadisəsi zamanı yaralananların müalicə olunduğu xəstəxanalardan birinə baş çəkib və onların müalicə prosesi ilə yaxından tanış olub.

Məsud Pezeşkiyan bazar günü Bəndər Abbasın Xatəmul-Ənbiya xəstəxanasında Şəhid Rəcai limanında baş verən partlayışda yaralananlarla söhbət edib, həkimlərdən xəstələrin son vəziyyətini soruşub və lazımi göstərişlər verib.

27 apr 2025, 20:01

Sizin rəyiniz

You are replying to: .