Tehran - İRNA - Məlumatlı mənbələrin bildirdiyinə görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama bu yaxınlarda elan edilməmiş bir ziyafətdə Co Baydenlə görüşüb və 2024-cü il Amerika seçkilərində Donald Trampın qalib gələ biləcəyindən narahatlığını bildirib.
İRNA-nın bazar günü “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, ABŞ-ın keçmiş prezidenti Obama bu yaxınlarda Co Baydenin iştirakı ilə Ağ Evdə keçirilən ziyafətdə iştirak edib ki, seçki kampaniyası ilə bağlı narahatlıq və tövsiyələrini öz keçmiş müavini ilə müzakirə etsin.