Tehran - İRNA - İran İslam Respublikasının “Mühacir 10” pilotsuz təyyarəsini nümayiş etdirməsi, habelə “Xürrəmşəhr” və “Hacı Qasim” raketlərini SEPAH-ın aerokosmik qüvvələrinə əlavə etməsi ərəb mediasında geniş əks-səda doğurub. Belə ki, ərəb ölkələrinin mətbuatı ilə yanaşı, sionist rejim medialarının ərəb bölməsi də bu hadisəni qondarma sionist rejim üçün təhlükə kimi qiymətləndirib.