Tehran - İRNA - ABŞ və İngiltərənin Yəmənin bir neçə şəhərinə hücumundan sonra Çin və Rusiya bu hücumlara reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Yəmənə hücumlarını pisləyib və bu hücumları beynəlxalq qanunlara tam etinasızlığın növbəti nümunəsi adlandırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü də bütün tərəfləri münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb.