Tehran - İRNA - ABŞ və İngiltərənin Yəmənin bir neçə şəhərinə hücumundan sonra Çin və Rusiya bu hücumlara reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Yəmənə hücumlarını pisləyib və bu hücumları beynəlxalq qanunlara tam etinasızlığın növbəti nümunəsi adlandırıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü də bütün tərəfləri münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb.
Moskva - İRNA - Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi İRNA müxbirinin sualının cavabında deyib: “Tehran və Moskva arasında uzunmüddətli əməkdaşlıq haqqında hərtərəfli saziş layihəsi yekunlaşdırılıb və yaxın vaxtlarda imzalanacaq.”