Tehran - İRNA - Prezident allahpərəstliyi, haqqtələbliyi və müstəmləkəçiliyə qarşı mübarizəni İran və Zimbabve xalqları arasında ortaq mövzu hesab edərək deyib: “İran və Zimbabve iqtisadi, kənd təsərrüfatı, mədənçıxarma və ticarət sahələrində əməkdaşlıq edə bilər və İran öz təcrübəsini bölüşməyə hazırdır.”