Tehran - İRNA - Ərbəin günü ilə eyni vaxtda bu gün səhər saatlarında çoxlu sayda tələbə heyətlərinin iştirakı ilə İslam İnqilabının Ali Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib. Mərasimdə həzrət Əba Abdullah Hüseyn (ə) və onun vəfalı səhabələrinin əzadarlığında mərsiyə və Ərbəin ziyarəti oxunub.
Mərasimin sonunda İnqilabın Ali Rəhbərinin imamlığı ilə zöhr və əsr namazları qılınıb.