Təbriz - İRNA - Şərqi Azərbaycan Universitet Cihad Təşkilatının rəhbəri bu təşkilatın xərclərinin yalnız 7-10 faizinin hökumət tərəfindən təmin edildiyini bəyan edərək deyib: “Təşkilatın sonsuzluğun müalicə mərkəzinin fəaliyyəti nəticəsində hər il orta hesabla 300 körpə doğulur ki, bu, ölkənin şimal-qərbində unikaldır.”