Publish Date: 7 noyabr 2023 - 12:36

Tehran - İRNA - Prezident İmaməli Rəhmanın dəvəti ilə çərşənbə günü 8 noyabrda Tacikistana yola düşəcək.

İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi Tacikistan Prezidenti İmaməli Rəhmanın rəsmi dəvəti ilə çərşənbə günü (8 noyabr) səhər saatlarında rəsmi görüş məqsədilə bu ölkəyə səfər edəcək.

Rəsmi qarşılanma mərasimindən sonra iki ölkə prezidentinin təkbətək görüşü olacaq, daha sonra İran və Tacikistanın iqtisadi fəalları və iş adamlarının birgə iclasında iştirak edəcəklər.

Bu səfər zamanı İran və Tacikistan rəsmiləri də bir sıra birgə əməkdaşlıq sənədləri imzalayacaqlar.