Ali Məqamlı Rəhbər sonra “inqilabi dürüstlük”, “inqilabi müqavimət” və “inqilabi ciddilik” kimi üç mövzunu Kuba inqilabı və İran İslam inqilabının ortaq xüsusiyyəti adlandırıb.
Prezident Rəisinin də iştirak etdiyi bu görüşdə, Kuba Prezidenti cənab Migel Dias-Kanel İslam İnqilabının Ali Rəhbəri ilə görüşdən məmnunluğunu ifadə edib, iki ölkənin müxtəlif sahələrdə, xüsusən də ABŞ və müttəfiqlərinin müdaxiləçi hərəkətləri və sanksiyaları ilə bağlı bir-birini tamamlaya biləcəyini vurğulayaraq deyib: “İran və Kuba həmçinin beynəlxalq əməkdaşlıqda əlaqələrini daha da artıra bilər və Fələstin kimi mühüm qlobal məsələlərdə təsirli rol oynaya bilər.”
Migel Dias-Kanel Fələstin və Qəzza hadisələri ilə bağlı deyib: “Bu gün Qəzzada baş verənlər qəbuledilməz soyqırımdır, beynəlxalq təşkilatlar isə Qəzzada üçdə ikisi uşaq və qadın olan on minlərlə insanın öldürülməsinə göz yumublar. Qəribədir ki, Ukrayna ilə Rusiya arasında gedən müharibədən, dinc əhalinin öldürülməsindən davamlı şikayət edənlər indi Qəzzada on minlərlə insanın öldürülməsinə susurlar.”