İRNA-nın məlumatına görə, görüşdə Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız və İran Xarici İşlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsğər Haci Suriyadakı son cəbhə, siyasi və beynəlxalq vəziyyəti nəzərdən keçirib.
Diplomatlar sionist rejim tərəfindən günahsız Fələstin xalqına qarşı davam edən cinayətləri və qətliamı, eləcə də bunun regionda müharibənin genişlənməsi üzrə nəticələrini müzakirə ediblər.
Tərəflər həmçinin, Astana prosesinin növbəti iclasları və Konstitusiya Komitəsinin iclaslarının bərpasını müzakirə etməklə yanaşı, Suriyada sülh və sabitliyin əldə olunmasında bu siyasi proseslərin əhəmiyyətini vurğulayıblar.