20 dekabr 2023 at 19:43
Jurnalist kodu: 5487
Xəbər kodu: 85328445
T T
0 Persons

Tags

Suriya hadisələri İran və Türkiyə diplomatları arasında müzakirələrin əsas mövzusu

Tehran - İRNA - İran Xarici İşlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri və Türkiyə Xarici İşlər nazirinin müavini Suriyadakı son cəbhə, siyasi və beynəlxalq vəziyyəti nəzərdən keçiriblər.

İRNA-nın məlumatına görə, görüşdə Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldız və İran Xarici İşlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsğər Haci Suriyadakı son cəbhə, siyasi və beynəlxalq vəziyyəti nəzərdən keçirib.

Diplomatlar sionist rejim tərəfindən günahsız Fələstin xalqına qarşı davam edən cinayətləri və qətliamı, eləcə də bunun regionda müharibənin genişlənməsi üzrə nəticələrini müzakirə ediblər.

Tərəflər həmçinin, Astana prosesinin növbəti iclasları və Konstitusiya Komitəsinin iclaslarının bərpasını müzakirə etməklə yanaşı, Suriyada sülh və sabitliyin əldə olunmasında bu siyasi proseslərin əhəmiyyətini vurğulayıblar.

Sizin rəyiniz

You are replying to: .