Qondarma sionist rejimin mədəniyyət və idman naziri Miki Zohar deyib: İsrail HƏMAS-a qarşı uduzdu və 7 oktyabr (Əl-Əqsa tufanı əməliyyatı) baş verdi. İsrail daim bizə hücum edən Hizbullaha qarşı uduzdu və işğal altındakı Fələstinin şimalında yaşayan sakinlərin təxliyəsinə səbəb oldu. İsrailə birbaşa hücum etməkdən çəkinməyən İrana qarşı da İsrail uduzur.
O, sionist rejim ordusunun Qəzza zolağına qarşı altı aylıq müharibədə məğlubiyyətə düçar olması və Livan Hizbullahı və İranın raket və PUA-larına qarşı passiv mövqeyinə diqqət yetirmədən deyib: İranın hücumuna sərt cavab verilməlidir. Bu görünməmiş aqressiyaya zəif reaksiya və məntiqlə yanaşma artıq köhnəlib.