15 aprel 2024 at 16:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85445591
T T
0 Persons

Tags

Sionist nazir: Biz HƏMAS, Hizbullah və İran qarşısında məğlub olduq

Tehran - İRNA - Sionist rejimin kabinet nazirlərindən biri bu rejimin HƏMAS, Hizbullah və İran İslam Respublikasına qarşı məğlub olduğunu etiraf edib.

Qondarma sionist rejimin mədəniyyət və idman naziri Miki Zohar deyib: İsrail HƏMAS-a qarşı uduzdu və 7 oktyabr (Əl-Əqsa tufanı əməliyyatı) baş verdi. İsrail daim bizə hücum edən Hizbullaha qarşı uduzdu və işğal altındakı Fələstinin şimalında yaşayan sakinlərin təxliyəsinə səbəb oldu. İsrailə birbaşa hücum etməkdən çəkinməyən İrana qarşı da İsrail uduzur.

O, sionist rejim ordusunun Qəzza zolağına qarşı altı aylıq müharibədə məğlubiyyətə düçar olması və Livan Hizbullahı və İranın raket və PUA-larına qarşı passiv mövqeyinə diqqət yetirmədən deyib: İranın hücumuna sərt cavab verilməlidir. Bu görünməmiş aqressiyaya zəif reaksiya və məntiqlə yanaşma artıq köhnəlib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .