İran İslam Respublikası ilə düşmənçiliklərin səbəbinin sözü gedən ölkənin məzlum Fələstin xalqına dəstək verməsi olduğunu etiraf edən Pakistanın müdafiə naziri vurğulayıb: İsrailin (rejimin) İranın Baş Konsulluğuna hücumu onun ərazi bütövlüyünün pozulmasıdır və buna görə də Tehranın bu pozuntuya qarşı hərəkəti müdafiə xarakterli və mütənasib cavab idi.

Xacə Məhəmməd Asif Pakistanın Geo News kanalının bir proqramına müsahibəsində deyib ki, İsrail (rejim) İranın Dəməşqdəki Baş Konsulluğuna hücum etməklə, faktiki olaraq müstəqil bir ölkənin ərazisinə hücum edib və nəticədə İranın bir neçə yüksək rütbəli hərbçisi şəhid olub.

O, vurğulayıb: İsrailin (rejimin) İranın diplomatik obyektlərinə təcavüzündən sonra Tehranın intiqamı gözləntiləri təəccüblü deyildi, ona görə də İran İslam Respublikasının sionist rejimə qarşı hərbi əməliyyatı onun qanuni haqqı və mütənasib addımı idi.

Pakistanın müdafiə naziri bəyan edib ki, İran İsrailə qarşı əməliyyat keçirməklə bu rejimin hərbi coğrafiyasını əldə edib və bütün ərazinin xəritəsini çəkib, ona görə də sionistlərin hər hansı yeni hərəkəti onların özlərinin zərərinə tamamlancaq.