İRNA-nın müxbirinin verdiyi məlumata görə, Prezident Ayətullah Seyid İbrahim Rəisi jurnalistlərlə söhbətində inqilabın müdrik liderinin mesajını böyük Pakistan xalqına çatdıraraq, Uca Allahdan Pakistan xalqı və hökuməti üçün uğur, tərəqqi, təhlükəsizlik, vəhdət və birlik diləyib və bildirib: İslam inqilabının bütün xalqlar üçün mesajı oyanış, bəsirət və aydınlatma mesajıdır. İnqilab rəhbərinin bu gün hamımıza verdiyi mesaj düşmən tanıma və düşmənlə mübarizədir. Biz düşməni tanımalı və düşmənin hiylələrini dəqiq müəyyən etməliyik.
Prezident ölkənin prioritetini qonşu, islami, müttəfiq və müstəqil dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi hesab edib və deyib: İran və Pakistan bu qənaətə gəliblər ki, onlar arasında münasibətləri inkişaf etdirmək üçün bütün imkanlardan istifadə etmək olar. İnşa Allah, bundan sonra bizim planımız qonşu, islami, müttəfiq və müstəqil dövlətlərlə münasibətləri prioritet istiqamət kimi inkişaf etdirməkdir.