Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın çıxışının ən mühüm məqamları aşağıdakı kimidir:
Düşmənlər Suriyanı Amerika oxuna daxil etmək və ya vətəndaş müharibəsində boğmaq üçün çox çalışdılar, lakin bu ölkə beynəlxalq məkrli planları məğlubiyyətə uğradaraq hələ də öz mövqeyində qalıb.
Biz hər döyüşdə ömürləri boyu bizə dəstək olan şəhid komandir Qasım Süleymanini, şəhid Məhəmmədrza Zahidini və şəhid (Seyid Məhəmməd) Hicazini xatırlayırıq.
Qəzzə müharibəsinin başlanğıcında elan etdik ki, müqavimətin məqsədlərindən biri Fələstin məsələsini dirçəltmək, onun unudulmasının qarşısını almaq, həmçinin bu torpağın insanlarının haqqını xatırlatmaqdır və bu gün Fələstin məsələsi dünyanın ilk məsələsinə çevrilib.
Amerika və Avropa universitetlərində Fələstinə dəstək olaraq keçirilən nümayişlər Əl-Əqsa Tufanı əməliyyatı və ondan sonrakı mərhələnin əldə etdiyi nailiyyətlərdir.
Halbuki, Əl-Əqsa Tufanı əməliyyatından əvvəl fələstinlilərin öz müstəqil dövlətlərini qurmaq hüququ unudulmuşdu. Bu gün isə bütün dünya onların bu məsələdə haqqından danışır.
İşğal olunmuş ərazilərdəki sionistlər müqavimət qarşısında məğlub olmaları mövzusunda həmfikirdirlər. Bu arada, sionist rejimin baş naziri Benyamin Netanyahu qələbəyə bir addım qaldığını iddia edir. Onun bu iddiası hətta müttəfiqləri tərəfindən də ələ salınır.
Amerikanın sionist rejimə qeyri-məhdud yardımı da bu rejimin müqavimət qarşısında məğlubiyyətinin qarşısını ala bilmədi.
Sionist rejim öz gəmilərinin təhlükəsizliyini minlərlə kilometr uzaqdan atılan raketlərdən qoruya bilmir.
Sionist rejimin çəkindirici imici xüsusilə Doğru Vəd əməliyyatından sonra dağıldı. Bu rejimin hərbi komandirləri bu sahədəki böhrandan xəbər veriblər.
İşğalçı rejimin yüksək vəzifəli şəxsləri çıxılmaz vəziyyətə düşüblər və onların Qəzzəyə təcavüzün bitməsindən sonrakı mərhələ haqqında təsəvvürləri yoxdur. Ona görə də özlərini qalib göstərmək üçün bir yol tapmağa çalışırlar. Odur ki, sionist rejimin baş naziri Qəzzəyə müdaxilənin uğursuzluğunu ört-basdır etmək üçün Rəfah şəhərinə girməyə çalışır.
Düşmənin qarşıda iki yolu var: Vasitəçi tərəflərin təklifinə qayıtmaq və bu, onlar üçün məğlubiyyət deməkdir, ya da müharibənin davamı və aşınma döyüşü.
Publish Date: 13 may 2024 - 21:56
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi bu günkü (bazar ertəsi) çıxışında “Doğru Vəd” əməliyyatından sonra sionist rejimin çəkindirmə gücünün iflasa uğramasından danışdı və vurğuladı ki, əməliyyat sionist rejimin hərbi komandirləri arasında uçurumu daha da dərinləşdirdi və onlar hesab edirlər ki, Netanyahu müharibəni davam etdirməkdə israr edərək İsraili məhv edir.