İRNA-nın məlumatına görə, xarici işlər naziri Hüseyn Əmir Abdullahian bazar ertəsi Cənubi Afrikanın xarici işlər naziri Naldi Pandur ilə telefon danışığında ikitərəfli münasibətlərin son vəziyyəti və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yollarını müzakirə edib.
Bu telefon danışığında Əmir Abdullahian Cənubi Afrikalı həmkarı ilə Keyptaunda keçirilən BRİKS+ iclası çərçivəsində konstruktiv danışıqlara toxunaraq, İran İslam Respublikasının Cənubi Afrika ilə hərtərəfli əlaqələri inkişaf etdirməyə hazır olduğunu vurğulayıb, iki ölkə arasında birgə iqtisadi komissiyanın tarixinin təyin olunmasından məmnunluğunu ifadə edib.
Cənubi Afrika Respublikasının xarici işlər naziri Naldi Pandur bu ölkə Prezidenti Ramafosa tərəfindən Ayətullah Rəisiyə göndərilən rəsmi dəvətə toxunaraq, onun BRİKS sammitində iştirakını vurğulayıb.
BRİKS, üzv ölkələrin Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın ingilis adlarının ilk hərflərinin birləşdirilərək formalaşan yeni iqtisadi güclərin rəhbərlik etdiyi qrupun adıdır.
Sizin rəyiniz