İRNA-nın Yollar və Şəhərsalma Nazirliyindən verdiyi məlumatına görə, İqor Levitin Şimal-Cənub dəhlizi boyunca tranzitin asanlaşdırılmasına dair İran, Hindistan və Rusiya üçtərəfli görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib: “Rusiya üçün İran üzərindən nəqliyyat və tranzit çox önəmlidir.”
Rusiya prezidentinin köməkçisi İran və Rusiya arasında dəmir yolunun inkişafı məsələsinin əlaqələrin ən mühüm hissəsi olduğunu vurğulayaraq Rusiya hökumətinin Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi və tikintisi barədə qərar qəbul etdiyini deyib.
İqor Levitin əlavə edib: “Biz malların həcmini 30 milyon tona çatdırmağa çalışırıq. Rusiya Xəzər dənizində gəmi tikintisi üçün büdcə ayırıb.
Biz Şimal-Cənub dəhlizinin inkişafı üçün Hindistan və İran vasitəsilə tranzit əməkdaşlığı gözləyirik.”
Rusiya prezidentinin köməkçisi bildirib: “Bu il biz Rusiyada gəmilərin keçidinin dərinliyini dörd yarım metrə çatdırmağa çalışırıq.”
Sizin rəyiniz