4 iyul 2023 at 23:31
Jurnalist kodu: 5290
Xəbər kodu: 85160275
T T
0 Persons

Tags

Rəşt-Astara dəmir yolu maliyyə hesabına tikilir

4 iyul 2023 at 23:31
Xəbər kodu: 85160275
Rəşt-Astara dəmir yolu maliyyə hesabına tikilir

Tehran – İRNA - Rusiya prezidentinin köməkçisi Rusiya ilə İran arasında mal mübadiləsinin həcmi şimal-cənub dəhlizi boyunca genişlənəcəyini vurğulayaraq deyib: “Rəşt-Astara dəmir yolu maliyyə hesabına tamamlanacaq.”

İRNA-nın Yollar və Şəhərsalma Nazirliyindən verdiyi məlumatına görə, İqor Levitin Şimal-Cənub dəhlizi boyunca tranzitin asanlaşdırılmasına dair İran, Hindistan və Rusiya üçtərəfli görüşü çərçivəsində jurnalistlərlə söhbətində deyib: “Rusiya üçün İran üzərindən nəqliyyat və tranzit çox önəmlidir.”


Rusiya prezidentinin köməkçisi İran və Rusiya arasında dəmir yolunun inkişafı məsələsinin əlaqələrin ən mühüm hissəsi olduğunu vurğulayaraq Rusiya hökumətinin Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi və tikintisi barədə qərar qəbul etdiyini deyib.


İqor Levitin əlavə edib: “Biz malların həcmini 30 milyon tona çatdırmağa çalışırıq. Rusiya Xəzər dənizində gəmi tikintisi üçün büdcə ayırıb.


Biz Şimal-Cənub dəhlizinin inkişafı üçün Hindistan və İran vasitəsilə tranzit əməkdaşlığı gözləyirik.”


Rusiya prezidentinin köməkçisi bildirib: “Bu il biz Rusiyada gəmilərin keçidinin dərinliyini dörd yarım metrə çatdırmağa çalışırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .