8 iyul 2023 at 20:03
Jurnalist kodu: 5290
Xəbər kodu: 85163778
T T
0 Persons

Tags

İranın həndbolçu qızları beynəlxalq səviyyədə yüksək yer tutub

Tehran – İRNA - İranın gənclərdən ibarət həndbol komandası Qazaxıstana qalib gələrək dünya çempionatına vəsiqə qazanıb.

İRNA-nın məlumatına görə, bu gün (şənbə) İranın qızlardan ibarət gənc #həndbol komandası Honq-Konqda keçirilən 17-ci Asiya çempionatının son oyununda Qazaxıstanla qarşılaşıb və sonda parlaq oyun təqdim edərək bu komandanı 24-27 hesabı ilə məğlub edib və bu kursda beşinci yerdə dayanmaqla dünya çempionatında iştirak etmək üçün kvota əldə edib.


Koordinasiyalı və nizam-intizamı oyunla, habelə millinin qapıçısı Elnaz Yarməhəmmədinin fövqəladə reaksiyaları ilə millimiz 15-12 hesablı üstünlüyü ilə görüşün ilk yarısını qeyd edə bilib.


İkinci hissədə #Qazaxıstan İranın həndbolçu qızlarının işini çətinləşdirdi və fərqi 1 topa endirə bildi. Amma yenə də millinin koordinasiyalı işi və Yarməhəmmədinin qapıda əla çıxışı Qazaxıstanı irəliləməyə qoymadı.


İranlı qızlar nəhayət, güclü rəqibini 24-27 hesablı qələbə ilə məğlub etdilər və bu yarışda beşinci yerdə dayanmaqla dünya çempionatlarında iştirak etmək hüququ qazandılar.


Bu görüşə qədər Özbəkistan və Honq-Konqun iki komandası yeddinci yeri tutmaq üçün üz-üzə gəlmişdi və Özbəkistan ev sahibini 23-44 nəticə ilə məğlub edərək altıncı yeri tutdu.


Sabah (bazar günü) bu turnirin son günündə titul qazanmaq üçün finalda Çin və Cənubi Koreya üz-üzə gələcək. Reytinqdə isə Yaponiya və Çin Taybeyi qarşılaşacaq.


Həmçinin İranın gənclərdən ibarət həndbol milli komandasının qapıçısı Elnaz Yarməhəmmədi Qazaxıstanla görüşdə parlaq oyun nümayiş etdirərək matçın ən yaxşı oyunçusu adını qazanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .