İRNA-nın “ Reuters ” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açqılamada deyib ki, Putin bu görüşə bölmə komandirləri də daxil olmaqla 35 nəfəri dəvət etdi və bu görüş üç saat davam etdi.
Peskov daha sonra bildirib ki, görüş zamanı Vaqnerin komandirləri prezident Putinə onun əsgərləri olduqlarını və onun uğrunda mübarizəyə davam edəcəklərini vurğulayıblar.
Priqojinin başçılıq etdiyi Vaqner qrupunun qısa üsyanı Belarus prezidentinin danışıqları və vasitəçiliyi nəticəsində dayandı və Priqojin əsgərlərinə düşərgələrinə qayıtmağı əmr etdi.
Priqojin bildirmişdi ki, qiyamın məqsədi hökuməti devirmək deyil, bəzi ordu qüvvələrini və müdafiə komandirlərini Ukraynadakı səhvlərinə və qeyri-peşəkar hərəkətlərinə görə “cəzalandırmaq”dır.
Məlumata görə, Priqojin Belarusda yerləşdirilməli idi, lakin Belarus prezidenti Aleksandr Lukaşenko ötən həftə Priqojinin Rusiyaya qayıtdığını və “Vaqner” döyüşçülərinin Belarusa köçmək təklifini hələ də qəbul etmədiklərini elan etdi.
Sizin rəyiniz