11 iyul 2023 at 20:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85167025
T T
0 Persons

Tags

Dünyanın qadın riyaziyyatçısı olmaq istəyirəm

11 iyul 2023 at 20:09
Xəbər kodu: 85167025
Dünyanın qadın riyaziyyatçısı olmaq istəyirəm

Şiraz – İRNA - Fars əyalətindən olan elit şagird və İslam Respublikasının Həndəsə Olimpiadası komandasının üzvü ümid edir ki, əlavə səylə dünya səviyyəli qadın riyaziyyatçı olacaq və İran bayrağını elmin, xüsusən riyaziyyatın zirvələrində dalğalandıracaq.

Dünya alimləri arasında bir çox iranlıların adlarını görmək olar ki, onlardan ən nadirlərindən biri də professor Məryəm Mirzəxanidir. Bu mürəkkəb və cazibədar dünyada yeniyetmələr və gənclər arasında çoxlu istedadlar var və Fatimə Hüseynipur da onlardan biridir.

Şirazdakı Fərzanəqən məktəbində təhsil alan darablı gənc riyaziyyatçı jurnalistlərə deyib: “Ümid edirəm ki, gələcəkdə İran riyaziyyatının elitar xanımı Məryəm Mirzəxani kimi mən də özümü və İranı riyaziyyat elminin zirvələrinə çatdıra biləcəyəm.”

Fatimə 2010-cu ildə anadan olub və hazırda səkkizinci sinif şagirdidir. O, riyaziyyat aləminə daxil olmasını və bu istiqamətdə irəliləyişini uşaqlıq dövrlərinə aid edərək deyib: “Uşaq vaxtı ətrafımdakı insanlar və ailəm mənim istedadımı gördülər. Valideynlərim məni bu yola yönəltdilər. Bu da mənə güclü zehni hesablamalar üçün şərait yaratdı. Belə ki, məktəbdə riyaziyyat dərsi keçirilməzdən əvvəl onun yol və üsullarını tapırdım.”

Olimpiadaçı şagird 5 yaşından “ucmass”a başladığını, 6-7 yaşından yarışlarda iştirak etdiyini və çoxlu uğurlar qazandığını söyləyərək deyib: “2018-ci ildə UMass-da (zehni hesablamalar və abak) əyalət üzrə ikinci yer, 2019-cu ildə UMass-da əyalət üzrə birinci yer, 2018, 2019 və 2010-ci illərdə UMass-da ölkə üzrə birinci yer, 2018-ci ildə Malayziyada keçirilən beynəlxalq UMass yarışlarında birinci yer bu nailiyyətlərimdən bir hissəsidir. Sonra 2020 və 2021-ci ildə ucmass-da üçüncü yer və 2022-ci ildə SINGA yarışlarında (Sinqapur Riyaziyyatı) qızıl medal, 2022-ci ildə SINGA Final Riyaziyyat Müsabiqəsində bürünc medal, 2022-ci ildə SASMO Riyaziyyat Müsabiqəsində (Sinqapur və Asiya Məktəbi Riyaziyyat Olimpiadaları) qızıl medal  və 2023-cü ildə də bu yarışın gümüş medalını qazanmışam.

Şagird Olimpiadasının milli komandasının üzvü həndəsəyə olan marağından da danışıb: “Əvvəldən həndəsə ilə çox maraqlanırdım. Bu da məni ilk dəfə keçirilən IGC həndəsə yarışmasında iştirak etməyə vadar etdi və mən həmin yarışmada yer qazanaraq bu fənnin milli komandasının üzvü oldum.”

Hüseynipur öz məqsəd və örnəklərinə də işarə edərək deyib: “Məncə, riyaziyyat dünyası çox gözəldir, xüsusən də həndəsə, sonda müəyyən bir qayda alan fiqurlar və ədədlərlə oynamaq, düsturların qurulması və cəbr. Bu güclü marağa görə mən başqalarını və maraqlananları bu yolla daha çox tanış etmək istərdim. Məsələn, mən çox istərdim, riyaziyyat məsələlərini həll etməyin tez və asan yollarını tapa bilim ki, hər kəs ondan istifadə edə bilsin. Mən əldə etdiyim biliyi başqalarına kömək etmək və xidmət göstərmək üçün istifadə etmək istəyirəm.”

Fatimə dərs oxumaqla yanaşı, başqa işlərlə məşğul olmağın dərsə zərər verməyəcəyinə inandığını da ifadə edərək, bunları deyib: “Uşaqlıqdan müxtəlif mədəniyyət, idman, Quran və təhsil sahələrində iştirak etmişəm. Bu fəaliyyətlər məktəb dərslərimə zərər göstərməyib. Əslində mən hesab edirəm ki, insan oxumaqla yanaşı qeyri-kurikulyar fənləri də izləməlidir.”

Riyaziyyatçı şagird daha sonra deyib: “İlk addımda Allahı əsas köməkçim hesab edirəm. Sonrakı növbədə valideynlərim mənimlə çox maraqlandılar və mənə vaxt ayırdılar, məni yaxşı ruhlandırdılar. Buna görə onlara borcluyam. Nəhayət, yaxşı müəllimlərim ki, məni marağımı və istedadımı tanımağa təşviq etdilər. Ümid edirəm ki, bir gün onların bütün zəhmətlərinin əvəzini çıxa biləm.”

İranın milli həndəsə komandasının gənc üzvü Məryəm Mirzəxanini elmi nümunələrindən biri kimi təqdim edərək deyib: “Mənə elə gəlir ki, hər kəs riyazi dünya ilə tanış olmalı, onun ağlasığmaz gözəlliyini yaxından hiss etməlidir.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .