14 iyul 2023 at 23:40
Jurnalist kodu: 5487
Xəbər kodu: 85169788
T T
0 Persons

Tags

İnqilab Rəhbərinin Şeyx Əfif Nablusinin vəfatı münasibətilə Livan Hizbullahının baş katibinə başsağlığı mesajı

Tehran – İRNA – Həzrət Ayətullah Xamenei mesajında ​​mücahid alim Höccətül-İslam vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar Livan Hizbullahının baş katibi cənab Seyid Həsən Nəsrullaha başsağlığı verib.

İslam İnqilabının Rəhbərinin mesajının mətni belədir:" Bağışlayan və Mehriban Allahın adı ilə

Allahın salam və rəhməti üzərinə olsun əziz qardaş, cənab Höccətül-İslam və vəl-müslimin Seyid Həsən Nəsrullah (Allah izzətini davamlı etsin). Höccətül-İslam və vəl-müslimin Şeyx Əfif Nablusinin vəfatı ilə əlaqədar onun əziz ailəsinə, Livan və Fələstindəki bütün mücahidlərə başsağlığı verir, Allahdan ona rəhmət və bağışlanma diləyirəm. Allahdan sizə cansağlığı, müvəffəqiyyət və izzətinizi artırmasını istəyirəm."

Livanın tanınmış alimlərindən və sionist rejim olan İsrailə qarşı islami müqavimətin görkəmli tərəfdarlarından olan Şeyx Əfif ən Nablusi uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Sizin rəyiniz

You are replying to: .