İmam Hüseyn (ə) Hərəmi Məhərrəm ərəfəsində və Kərbəla şəhidlərinin matəm günlərində matəm libasına büründü.
Ziyarətgahın xadimləri Şəhidlər-sərvərinin hərəmində yaşıl parçaların bir hissəsini götürdükdən sonra hərəmə aid emalatxanada hazırlanmış qara parçaları ziyarətgaha gətirdilər. Bəzi zəvvarlar qara parçaların hərəmə daxil olması ilə əzadarlıq etdilər və Məhərrəm ayını qarşıladılar.
Hər il zəvvarların iştirakı ilə keçirilən mərasimdə İmam Hüseyn (ə) Hərəminin günbəzinin bayrağı qaldırılır, hərəmin günbəzi üzərində əzadarlıq bayrağı ucaldılır.
İmam Hüseyn (ə) Hərəmində qırmızı döşəmələr sərildi
İmam Hüseyn (ə) Hərəminin xadimləri hərəmin və onun həyətinin xalçalarını götürdükdən sonra Məhərrəm ayının ilk ongünlüyünün əzadarlığı, xüsusən də Tasua və Aşura günləri üçün hazırlıq işləri apardılar. Həmin səbəbdən, xalçalar yığıldıqdan sonra ziyarətgahda plastik və qırmızı döşəmə sərildi.
İmam Hüseyn (ə) Hərəminin qara rəngə bürünməsi ilə Kərbəlada fərqli ab-hava yaranıb və zəvvarlar məhərrəmlik əzadarlığına hazırlaşır. Ötən günlərdə hərəmin zərihi də yuyulub.
Məhərrəm ayının ilk ongünlüyündə iranlı zəvvarların İraqdakı müqəddəs ziyarətgahlara göndərilməsinə başlanılıb. Təbii ki, hazırda Həcc və Ziyarət Təşkilatının nəzarəti altında olan bütün ezamiyyətlər quru yol vasitəsilə həyata keçirilir və uçuşların təmin olunmaması səbəbindən müqəddəs ziyarətgahlara hava səfərləri Məhərrəm ayının birinci ongünlüyündə həyata keçirilmir.
Sizin rəyiniz