17 iyul 2023 at 20:09
Jurnalist kodu: 5487
Xəbər kodu: 85172992
T T
0 Persons

Tags

Kənani: Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək danılmaz prinsipdir

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət beynəlxalq aləmdə məlum və danılmaz prinsipdir və BMT-nin Nizamnaməsinə əsaslanır və təbii ki, bu, bütün tərəflər üçün məcburi prinsipdir.”

İRNA-nın xarici siyasət üzrə müxbirinin məlumatına görə, Nasir Kənani bazar ertəsi - 17 iyulda jurnalistlərlə keçirdiyi həftəlik mətbuat konfransında bildirib: “Kiminsə bu prinsipə əməl etməməsinə biz lazımi və ciddi reaksiya vermişik və verəcəyik. Təbiidir ki, İran heç vaxt üç ada üzərində öz suverenliyi məsələsini müzakirə mövzusu kimi görmür və heç bir tərəfin müdaxiləsini qəbul etmir və ciddi reaksiya göstərir.”

İranın Rusiya hökumətinə rəsmən etiraz etdiyini bildirən Kənani deyib ki, qeyri-dəqiq və qeyri-konstruktiv mövqelər İranın üç ada üzərindəki milli suverenliyinə təsir etməyəcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Oman xarici işlər nazirinin bu gün Tehrana səfəri ilə bağlı da deyib: “#Oman regional məsələlər sahəsində bizim dostumuz, qardaşımız və tərəfdaşımız olan ölkədir, habelə, hər iki tərəfi maraqlandıran beynəlxalq məsələlərdə konstruktiv rol oynayan ölkədir.

Bu səfər, şübhəsiz ki, İran və Oman arasında birgə və konstruktiv dialoqun davam etdirilməsi üçün bir fürsətdir. Ümid edirəm ki, bugünkü danışıqlardan sonra biz sizə daha çox məlumat təqdim edə biləcəyik.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .