22 iyul 2023 at 11:38
Jurnalist kodu: 5487
Xəbər kodu: 85177123
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: İsveçə səfir göndərməyəcəyik, onların yeni səfirini də qəbul etməyəcəyik

Tehran - İRNA - Xarici İşlər Naziri deyib: “Cənab Prezidentin göstərişinə əsasən, İsveçin yeni səfirinə bu ölkənin hökuməti İslam müqəddəslərinin davamlı şəkildə pozulması ilə bağlı ciddi tədbirlər görməyincə, İrana qayıtmağa icazə verilməyəcək.”

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsveçdə Qurani-Kərimin ikini dəfə təhqir olunması ilə bağlı İran televiziyasının saat 21:00-da verilən xəbər proqramında bildirib: “Bu gün günortadan sonra İsveçdə Qurani təhqir olunması ilə bağlı məsələyə müvafiq cavabı nəzərdən keçirmək üçün xarici işlər nazirlərinin müavinləri arasında növbədənkənar siyasi görüş keçirdik.

İstərdim, həmvətənlərimiz bilsinlər ki, İsveç səfiri Tehrandakı missiyasını başa vurub və cənab Rəisinin göstərişinə əsasən, İsveç hökuməti ciddi qəbul edilən addımı atmayınca, İsveçin yeni səfirini qəbul etməyəcəyik, İranın yeni səfiri də bu ölkəyə göndərilməyəcək.”

Əmir Abdullahiyan bu qərarın İsveç hökumətinə də elan edildiyini vurğulayaraq deyib: “Bəzi İslam ölkələri yaxşı reaksiyalar verdilər. Biz bu məsələ ilə bağlı İslam ölkələri ilə davamlı əlaqə saxlayırıq və bu hərəkətlə mübarizə aparmaq, Qurani-Kərimin hörmətini qorumaq üçün vahid və birgə yanaşmanın baş tutmasının ardıncayıq.”

Xarici işlər naziri sonda deyib: “Bu gün İsveçin xarici işlər naziri zəng etdi və bu hərəkəti pisləməklə yanaşı, məndən doktor Rəisiyə İsveçin mövqeyini çatdırmağımı xahiş etdi. Mən ona dedim ki, siz iki milyard müsəlmanın ictimai rəyinə etinasız qala bilməzsiniz. Vurğuladım ki, İsveç Xarici İşlər Nazirliyinin bəyanatı yetərli deyil və cinayəti törədən şəxs həbs edilərək mühakimə olunmalıdır.

Vahid prosedurun qəbulu üçün İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə, həmçinin Səudiyyə Ərəbistanının xarici işlər naziri ilə də müzakirə aparacağıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .