Şaban ayı hicri-qəməri təqviminin səkkizinci ayı olaraq İslamda xüsusi yer tutur və Rəsuli-əkrəmə (s) aid edilmişdir. Bu ay imanı gücləndirmək və Ramazan ayına hazırlaşmaq üçün bir fürsətdir.
Allahın Rəsulu (s) bu ayı “öz ayı” adlandırmış və bu ayda ibadət, istiğfar, oruc və Şəbaniyyə münacatını vurğulamışdır. İmam Hüseyn (ə), həzrət Abbas (ə), İmam Səccad (ə), həzrət Əli Əkbər (ə) və İmam Məhdinin (ə) mövludu da daxil olmaqla Şəbaniyyə bayramları onun mənəvi dəyərini artırmışdır.
Bu ayda edilən ibadət və xeyir əməllər ruhun paklanmasına və Ramazan ayının bərəkətindən faydalanmağa hazırlıq üçün yol açır.
Şaban ayının mühüm hadisələri:
Münasibət |
Tarix |
İzah |
İmam Hüseynin (ə) mövludu |
3 Şəban |
Kərbəlada fədakarlıq və sədaqət rəmzi olan şəhidlər sərvəri İmam Hüseynin (ə) mövlud günü |
4 Şəban |
Kərbəlanın bayraqdarı, sədaqət və şücaət rəmzi həzrət Abbasın (ə) mövludu |
|
İmam Səccadın (ə) mövludu |
5 Şəban | Zahidlərin rəhbəri və “Səhifə Səccadiyyə”nin müəllifi, dua və ibadətlərə rəvac verən İmam Səccadın (ə) mövludu |
İmam Məhdinin (əc) mövludu |
Şəbanın orta günü |
Gələcəkdə dünyada ədaləti bərqərar edəcək bəşəriyyətin xilaskarı və zamanın sahibi Məhdinin (əc) mövludu |
Şabanın orta gecəsi |
Şabanın orta gecəsi | Çox fəzilətli və mübarək bir gecədir ki, orada dua və ibadət çox tövsiyə olunur, günahların bağışlanma və Allaha yaxınlıq gecəsidir |
Şəban ayının fəzilətləri
Şəban ayı ruzi bolluğu və yaxşılıqların çoxluğuna görə bərəkətli bir ay hesab olunur. İslam rəvayətlərində bu ay Peyğəmbərin (s) ayı kimi tanınır. Peyğəmbər (s) bu ayın əksər günlərində oruc tutar və buyurardı: “Şəban mənim ayımdır və kim bu aydan bir gün oruc tutarsa, cənnət ona vacib olar.” İmam Əli (ə) da vurğulamışdır ki, bu ayda oruc tutmaq Peyğəmbərin (s) məhəbbətini cəlb edir və insanı Allaha yaxınlaşdırır. Bəzi rəvayətlərdə gəlmişdir ki, Peyğəmbər (s) bu ayın fəzilətlərini sadaladığı vaxtdan Əmirəl-möminin (ə) Şəban ayının orucunu heç vaxt tərk etməmişdir. Həmçinin İmam Baqir (ə) bu ayda oruc tutmağı peyğəmbərlərin orucuna bənzədərək buyurur ki, kim bu ayda oruc tutarsa, Peyğəmbərin (s) duası ona şamil olar.
Hədislərə görə, Şaban ayında yaxşı əməllərin savabı qat-qat artar, hər cümə axşamı səmalar bəzənər, mələklər oruc tutanlar üçün dua edərlər. Bir sıra hədislərdə gəlmişdir ki, bu ayda iki rəkət namaz qılmaq və onun hər rəkətində bir dəfə Həmd və yüz dəfə İxlas surəsini oxumaq və yüz dəfə salavat oxumaq, insanın dini və dünyəvi hacətlərinin verilməsinə səbəb olar. Ayətullah Cavadi Amuli də vurğulayır ki, Şaban ayı tövbə etmək, qəlbi təmizləmək, Ramazan ayına hazırlıq üçün fürsətdir. Möminlər imanlarını gücləndirmək və Allaha yaxınlaşmaq üçün bu günlərdən bəhrələnməlidir.
Tövsiyə olunan əməllər və ibadətlər:
A - Şəban ayının üçüncü gününün duası:
Şəban ayının üçü İmam Hüseynin (ə) mövluduna təsadüf edir. İmam Sadiq (ə) buyurur: “Hər kim Şaban ayında 70 dəfə: “Əstəğfirullahəlləzi la ilahə illa huvəl-həyyul-qəyyum və ətubu iləyh” desə, Allah onu aydın üfüqdə qeyd edər.” Həmçinin bu gündə Peyğəmbərə (s) və onun Əhli-beytinə 100 dəfə salavat göndərmək tövsiyə olunur. Bu əməl Şəban ayında edilən ən gözəl əməllərdəndir.
B - Şəban ayının ortası gecəsinin əməlləri:
Şəban ayının orta gecəsində bir neçə mühüm əməli yerinə yetirmək tövsiyə olunur:
Kumeyl duası: Bu gecə Kumeyl duası oxunur. Rəvayətlərdə gəlmişdir ki, Əmirəl-möminin (ə) bu gecə Kumeyl duası oxuyardı və hər kim bu gecə Kumeyl duanı oxuyarsa, onun duaları qəbul olar.
- İmam Hüseyni (ə) ziyarət etmək: Şəban ayının ortası gecəsi İmam Hüseyni (ə) ziyarət etməyin böyük fəziləti vardır. O həzrəti ziyarət etmək hətta uzaq yerlərdən də müstəhəb sayılır və Allahı Öz ərşində ziyarət etməyə bənzədilir.
- Qüsl etmək: Şaban ayının ortası gecəsi də qüsl etmək tövsiyə olunub.
- Namaz: Dörd rəkət namaz qılsın, hər rəkətdə Həmddən sonra yüz dəfə İxlas surəsini oxusun.
- Namazdan sonra desin: Əllahummə inni iləykə fəqirun və min əzabikə xaifun mustəcir. Əllahummə la tubəddil ismi, və la tuğəyyir cismi və la təchəd bəlai və la tuşmit bi ədai əuzu biəfvikə min iqabikə və əuzu birəhmətikə min əzabikə və əuzu birizakə min səxətikə və əuzu bikə minkə cəllə sənaukə əntə kəma əsnəytə əla nəfsikə və fəvqə ma yəqulul qailun.
İmam Kazim (ə) atası İmam Cəfər Sadiqdən (ə) rəvayət etmişdir ki, bu gecə dörd rəkət namaz qılınsın, hər rəkətdə Həmddən sonra iki yüz əlli dəfə İxlas surəsi oxunsun.
İmam Rzadan (ə) nəql edilmişdir ki, bu gecə Cəfər Təyyar namazı qılmaq tövsiyə olunub. Həzrət buyurur: Atamdan eşitdim ki, bu gecə dualar qəbul olur.
Allahın Rəsulu (s) buyurdu: Cəbrail (ə) yanıma gəldi və dedi: Öz ümmətinə de ki, Şəban ayının orta gecəsi on rəkət namaz qılsınlar. Hər rəkətdə Həmddən sonra on dəfə Qulhuvəllah (İxlas) surəsini oxusunlar, namazdan sonra səcdə etsinlər və səcdədə desinlər: Əllahummə ləkə səcədə səvadi və xəyali və bəyazi. Ya əzimə kulli əzim, iğfir li zənbiyəl əzim, fəinnəhu la yəğfiruhu ğəyrukə ya əzim.
İmam Baqir (ə) buyurub: Şəban ayının orta gecəsi Qədr gecəsindən sonra ən fəzilətli gecədir. Mütəal Allah and içmidir ki, (o gecə) günah bir şey istəmədiyi halda heç bir çağıranın duasını rədd etməsin. O gecə dua etməyə və Allaha həmd-səna etməyə çox səy göstərmək lazımdır.
Hər kim o gecədə yüz dəfə “subhanəllah”, yüz dəfə “əlhəmdu lillah” və yüz dəfə “Allahu əkbər” desə, Mütəal Allah onun bütün günahlarını bağışlayar, istədiyi və istəmədiyi bütün hacətləri verər.
C - Şəban ayının son cüməsi:
Şəban ayının axırıncı cümə günü İmam Rza (ə) Saleh Hərəviyə buyurdu: Bu gün qüsurlarının əvəzini çıxmalı, çoxlu dua etməli, bağışlanma diləməli və Quran oxumalısınız. Həmçinin, günahlarınızdan tövbə edin, digər möminlərə qarşı kin və düşmənçiliyi tərk edin. Xüsusilə bu gündə dua edin ki, əgər bu günə qədər bağışlanmamısınızsa, Şəban ayının qalan hissəsində Allah sizi bağışlasın.
D - Şəban ayının son üç günü:
Şaban ayının son üç günündə oruc tutmaq müstəhəbb əməllərdəndir. Bu üç gündə oruc tutmağın, xüsusən də Şəban ayında oruc tutmamış şəxslər üçün xüsusi bir fəzilət vardır. İmam Sadiq (ə) buyurur ki, hər kəs Şəban ayının son üç gününü oruc tutsa və onu Ramazan ayına birləşdirsə, Allah onun üçün ardıcıl iki ayın orucunu yazar.
Ramazan ayına hazırlıq:
Şəban ayı Ramazan ayına ruhi-mənəvi hazırlıq üçün dəyərli fürsətdir. Bu ayda tövbə etməklə, bağışlanmaq diləməklə, kinlərdən çəkinməklə qəlbi və nəfsi saflaşdırmaqla Ramazan ayını təmiz qəlblə qarşılamaq olar. Namaz, zikr, Quran tilavəti, Şəbaniyyə münacatı kimi əməlləri yerinə yetirməklə Allahla əlaqəni gücləndirmək Ramazan ayının ibadətlərində daha fəal iştirak etməyə zəmin yaradacaq. Həmçinin oruc tutmağı məşq etmək, Quran oxumaq üçün vaxt tənzimləmək və xeyirxah əməlləri artırmaq kimi işlərlə daha çox ibadət planlaşdırmaq, Ramazan ayının bərəkətindən daha yaxşı faydalanmağa kömək edəcək.
Sizin rəyiniz