25 iyul 2023 at 16:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85180855
T T
1 Persons

Tags

HƏMAS: Şəhidlərin qanı atəş və barıta çevriləcək – Müqavimət yolu qələbəyə qədər davam edəcək

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) Nablusda 3 fələstinli mübarizin sionist qüvvələrin əli ilə şəhadətə yetirilməsindən sonra, bu şəhidlərin qanının hədər getməyəcəyini və atəş və barıta çevriləcəyini vurğulayıb.

İRNA-nın Şahab ​​xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS hərəkatının sözçüsü Əbdüllətif əl-Qanu Nablusda işğalçı qüvvələrlə qarşıdurmadan sonra bir sıra müqavimət qəhrəmanlarının terror edilməsi cinayəti, sionist rejim olan İsrailin faşist kabinetinin Fələstin xalqına qarşı cinayətləri və təcavüzlərinin siyahısına əlavə edilir.

 əlavə etdi: İordan çayının qərb sahilində müqavimət qəhrəmanlarının öldürülməsi, müqavimətin zəifləməsinə və ya məğlub olmasına səbəb olmayacaq. Müqavimət və inqilabçı gənclər öz məqsədlərinə çatana qədər bu yolu davam etdirəcəklər.

HƏMAS-ın sözçüsü əlavə edib ki, şəhidlərin qanı hədər getməyəcək və atəş və barıta çevriləcək. Sionist işğalçıları və qəsəbə sakinlərini bürüyəcək od və barıt. Gec-tez düşmən öz cinayətlərinin cəzasını çəkəcək.

Sionist rejim ordusu çərşənbə axşamı səhər saatlarında 3 fələstinli gənci güllələyərək şəhid etdiyini açıqlayıb.

ionist əsgərlər Nablusun “Tur” bölgəsində avtomobilə hücum edib və xəbərlərdə 3 fələstinlinin şəhid olduğu bildirilir.

İsrail ordusu bu şəxslərin İsrail əsgərlərinə atəş açdığını iddia edir.

Bu günlərdə işğal olunmuş Fələstin ərazilərində, xüsusilə İordan çayının qərb sahilində çox müstəsna vəziyyət yaranıb və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər. Bu da, qəsbkar sionistlər üçün xüsusi vəziyyət yaradıb.

İndiyə qədər sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə zolağında fələstinlilərlə qarşıdurmada dilərsə, indi Fələstinin şərqində İordan çayının qərb sahili ərazisinin gənclərinin silahlanması nəticəsində, bura sionistlərin pusquya salındığı yerə çevrilib və onların yuxusunu ərşə çəkib.

1 Persons

Sizin rəyiniz

You are replying to: .