31 may 2025 at 16:55
Jurnalist kodu: 5561
Xəbər kodu: 85848809
T T
0 Persons

Bakıda İran-Azərbaycan Birgə Komissiyasının iclası keçirilib

31 may 2025 at 16:55
Xəbər kodu: 85848809
Bakıda İran-Azərbaycan Birgə Komissiyasının iclası keçirilib

Təbriz - İRNA - İran İslam Respublikası və Azərbaycan Respublikası nümayəndələrinin iştirakı ilə sərhəddəki Araz çayının su ehtiyatlarının və enerjisinin istismarı üzrə Daimi Müştərək Komissiyanın 54-cü iclası Bakıda keçirilib.

Bu birgə iclas Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbilin regional su şirkətlərinin nümayəndələrinin iştirakı ilə Energetika Nazirliyinin Sərhəd Çayları və Ortaq Su Ehtiyatları İdarəsinin məsuliyyəti ilə Bakıda keçirilib.

Bu görüşdə tərəflər əvvəlki protokolların müddəalarını, sərhəd və şərikli bəndlərin saxlanma həcmini və sərhədin hər iki tərəfində cari ilin suya olan tələbatını əsas gətirərək, Araz çayının su ehtiyatlarının optimal istismarı üçün lazımi planlar və razılaşmalar hazırlayıblar.

Bu görüşdə qəbul edilən qərarlar iki ölkənin icra gündəliyinə daxil ediləcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .