25 iyul 2023 at 18:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85180925
T T
0 Persons

Tags

Bakı Ermənistanın ikitərəfli münasibətlərin normallaşmasına aid şərtini rədd edib

Tehran - İRNA - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın ikitərəfli münasibətlərin normallaşması üçün elan etdiyi şərti rədd edib.

İRNA-nın bu gün (çərşənbə axşamı) verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə Fransanın “Le Monde” qəzetinə müsahibəsində Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını və Ermənistanla Qarabağın mərkəzindəki Xankəndi şəhəri arasında sərbəst gediş-gəlişin təmin edilməsini istəyib.

Ermənistanın Baş naziri həmçinin Azərbaycana qarşı beynəlxalq tədbirlər görülməsinə və Ermənistanın arzuladığı hüquqların Qarabağ bölgəsində yaşayan ermənilərə verilməsinə dair çağırış edib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu gün bəyanat yayaraq Ermənistanın Baş nazirinin çağırışını “absurd və riyakarlıq” adlandıraraq bildirib: “30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır.”

“Report”-un bu barədə Azərbaycan Respublikası XİN-ə istinadən yaydığı məlumatında bildirilir: “Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir.

Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir.”

Azərbaycan XİN Paşinyanın son açıqlamalarını əsassız adlandıraraq vurğulayıb: “Ermənistan bölgənin azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə və soyqırım da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayətlərin törədilməsi yolu ilə 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmir.”

Azərbaycan Respublikasının xarici siyasət aparatı Ermənistanın Baş naziri Paşinyanın bu fikirlərini, həmçinin, onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə zidd adlandıraraq bildirib: “Onun sözləri və regionda Azərbaycan Respublikasına qarşı bəzi qanunsuz, aqressiv və separatçı hərəkətləri qəbuledilməzdir.”

XİN öz bəyanatında Laçın sərhədində buraxılış məntəqəsinin yaradılmasını tamamilə beynəlxalq hüquq normaları çərçivəsində olduğunu bildirərək vurğulayıb: “Azərbaycan tərəfindən irəli sürülmüş Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir.”

“Report”-un məlumata görə, bu barədə Azərbaycan Respublikasının diplomatiya aparatı qeyd edib ki, Ermənistanın əsl niyyəti vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etməkdir. Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür.

Azərbaycan Xarici İşlər Nazirliyi öz bəyanatında Ermənistanın Baş nazirinin son sözlərini beynəlxalq ictimai rəyi Azərbaycan Respublikasına qarşı manipulyasiya etmək cəhdi və Beynəlxalq Qızıl Xaç Komitəsinin regiondakı fəaliyyətinə və hesabatına məhəl qoymamaq səyi adlandıraraq əlavə edib: “Hər gü onlarla erməni sakinin yeni Ağdam-Xankəndi marşrutu ilə keçməsi Bakının gərginlik istəmədiyini göstərir.”

“Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq”, - Azərbaycan XİN-in bəyanatında qeyd olunur.

Sizin rəyiniz

You are replying to: .