25 iyul 2023 at 20:20
Jurnalist kodu: 5487
Xəbər kodu: 85180984
T T
0 Persons

Tags

Qurani-Kərimi təhqir edən şəxsin sionist rejimə əlaqəsi – FOTO FAKT

Tehran – İRNA – İttilaat Nazirliyi İsveçdə Qurani-Kərimi təhqir edən şəxsin sionist rejimə əlaqəsinin yeni sənədlərini dərc edib və yazıb: “Momika layihəsi müsəlmanların ictimai rəyini o vəhşi cinayətdən yayındırmaq məqsədi ilə sionizmin missiyası idi”.

İRNA siyasi bölməsinin məlumatına görə, İttilaat Nazirliyinin iyulun 10-da sionist casusluq təşkilatı ( Mossad ) ilə İsveçdə Qurani-Kərimi təhqir edən “Salvan Momika” arasında əlaqənin aşkarlanması ilə bağlı verdiyi açıqlamadan sonra, bu nazirlik çərşənbə axşamı günü əlavə məlumatında bu kontekstdə daha ətraflı məlumat yayıb:

1. Əldə olan məlumatlara görə, 2014-cü ildə bu bədxah ünsür İraqda “Aysor (assuriyalılar) Demokratik Birliyi” adlı bir partiya qurub və özünün İraqın şimal-qərbindəki xristianların əsas nümayəndəsi və səsi olduğunu iddia edib! Lakin onun antimilli məqsədləri və şübhəli hərəkətləri İraq cəmiyyətində ona qarşı həssaslığı və şübhələri günü-gündən artıraraq partiyasının fəaliyyətinin davam etdirilməsi barədə daha çox suallar ortaya çıxarıb. O qədər ki, İraqda fəaliyyətini davam etdirmək imkanları azalıb.

2. Sionistlərdən əldə edilən məlumatlara görə, “Salvan Momika” bir neçə Avropa ölkəsinə ona sığınacaq vermələri üçün müraciət edir, lakin cavab almır. Buna görə də o, Qüdsü işğal edən rejimlə əlaqə yaratmaq üçün genişmiqyaslı səylərə başlayır. Sionizmin casus agentliyinə (Mossad-a) sadiqliyini və səmərəliliyini sübut etmək üçün öz portfelini təqdim edir. Bu portfeldə o, özünü İraq hökumətinin ən mühüm müxaliflərindən biri kimi təqdim edir. O, həmçinin Qüdsün işğalçı rejimi ilə əməkdaşlıq etmək və Neynəva əyalətində arami xristianlarından ibarət müstəqil hökumət yaratmağa çalışmaq ittihamı ilə İraqın İslami Müqavimət Hərəkatı tərəfindən bir müddət saxlanıldığını iddia edir.

3. Momika Qüdsü işğal edən rejimə bağlılığını sübut etmək üçün kipa (yəhudilərin geydiyi kiçik papaq) geyindiyi şəkillərini və həmçinin İraq kilsələrindən birində “Aysor Demokratik Birliyi” bayrağının yanında qoyduğu sionist bayrağının şəklini də sionistlərə göndərir.

4. 2019-cu ildə sionist rejimin casusluq təşkilatı onu rəsmən əməkdaşlığa cəlb edir və ona informasiya vasitəçisi təyin edir. Xüsusilə Neynəva vilayətində İraq müqavimət qruplarının qərargahı və liderləri üzərində casusluq missiyası ona tapşırılan missiyalardan biri idi.

5. Momika sionist casusluq təşkilatında çoxlu xidmətlərindən sonra bir Avropa ölkəsinə köçürülmək üçün müraciət edir. İşğalçı rejimin əməliyyatçıları “Momika Avropada qalma qarşılığında istənilən missiyaya razı olacaq” qiymətləndirməsi ilə, bu rəzil və xain ünsürə, sionist qəsbkar rejim olan İsrailin casusluq xidmətinin arxa bağçası olan İsveç Krallığında sığınacaq, sonra isə vətəndaşlıq veriblər.

6. Bu nazirliyin əvvəlki elanında qeyd olunduğu kimi, İsveçdə Selvan Momika tərəfindən Allah kəlamına hörmətsizlik cinayət layihəsinin sionistlərin İordan çayının qərb sahili və məzlum Cənin şəhərinə qarşı törətdiyi böyük cinayətlə üst-üstə düşməsi, eləcə də işğal olunmuş ərazilər daxilindəki böhran vəziyyəti göstərir ki, Momika layihəsi müsəlmanların ictimai rəyini o vəhşi cinayətdən yayındırmaq məqsədi ilə sionizmin rəsmi missiyası olmuşdur. Lakin o məşum hadisənin digər tərəfi, dünyada iki milyarddan çox müsəlmanın müqəddəs inancına və pak hisslərinə praktiki olaraq qarşı çıxan İsveç Krallığının pis və çoxsaylı anti-İslam addımlarındandır.

Şübhəsiz ki, dünyada yüz milyonlarla mömin müsəlmanın müqəddəs qəzəbi İsveç Krallığı üçün dünya sionizminin qanlı mükafatından daha çox zərərli təsirlər buraxacaq. Həmçinin, Qurani təhqir etməklə bağlı bədbəxt hadisələrin əsas məsuliyyətini daşıyan və bir sıra İslam ölkələri ilə münasibətlərin normallaşdırılması ilə bağlı riyakar iddialara qarşı müqəddəs Qüdsü işğal edən uşaq qatili rejimin anti-islam mahiyyətinə dair daha bir nümunə göstərildi.

0 Persons

Sizin rəyiniz

You are replying to: .